"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“İctimai televiziya və radio yayımı haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 11, maddə 888; 2006, No– 3, maddə 224, No– 12, maddə 1005; 2007, No– 5, maddələr 435, 442, No– 12, maddə 1218; 2009, No– 10, maddə 772; 2011, No– 2, maddə 70) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“4.4. İctimai yayımçının əmlakı bu Qanunda nəzərdə tutulmuş hallarda satıla bilər.”.
2. 4.5-ci maddədə “yalnız yeniləşdirilmək və genişləndirilmək” sözləri “yeniləşdirilmək” sözü ilə əvəz edilsin.
3. 8.1-ci maddədən “baş redaktorlar,” sözləri çıxarılsın.
4. 13.5-ci maddədə:
4.1. “seriallarının,” sözü çıxarılsın, “çevrilərək” sözündən sonra “və (və ya) Azərbaycan dilində subtitrlə müşayiət edilərək” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.”.
5. 20.1.9-cu maddədən “, texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyənləşdirir” sözləri çıxarılsın.
6. 20.3.2-ci maddədən “əldə olunması və” sözləri çıxarılsın.
7. Aşağıdakı məzmunda 21.2.4-1-ci maddə əlavə edilsin:
“21.2.4-1. texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyən edir;”.
8. Aşağıdakı məzmunda 21.8.3-1-ci maddə əlavə edilsin:
“21.8.3-1. texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını;”.
9. 23.1.1-ci maddədə “daxilolmalar” sözündən sonra “və dövlət büdcəsindən ayırmalar” sözləri əlavə edilsin.
10. 23.3-cü maddədən “ictimai yayımçının perspektivli inkişafı üçün” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
No– 411-IVQD
Fayl şəklində yüklə

