"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 245-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No–9, maddə 564; 2001, No–5, maddə 298, No–11, maddələr 676, 698; 2002, No–1, maddə 9, No–8, maddə 463; 2003, No–8, maddə 424; 2004, No–2, maddə 57, No–11, maddə 901; 2005, No–4, maddə 277, No–10, maddə 874, No–11, maddə 993; 2006, No–12, maddə 1027; 2007, No–6, maddə 560, No–11, maddələr 1053, 1091; 2008, No–2, maddə 49, No–6, maddələr 453, 463, No–7, maddə 602; 2009, No–2, maddə 47, No–4, maddə 210, No– 12, maddə 948; 2010, No–7, maddə 598; 2011, No–2, maddə 71, No–4, maddə 255, No–6, maddə 469, No–12, maddə 1097) 27-ci maddəsinin VI hissəsinin 4-cü bəndində “rüsumların” sözündən sonra “(nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
No– 410-IVQD
Fayl şəklində yüklə

