"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 71.2, 71.3 və 71.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq əmək haqqı şərti maliyyə vahidinin 1300 mislinə bərabərdir.

71.3. Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq əmək haqqı sədrin aylıq əmək haqqının 90 faizinə bərabərdir.

71.4. Konstitusiya Məhkəməsi hakiminin aylıq əmək haqqı sədrin aylıq əmək haqqının 85 faizinə bərabərdir.".

 

2. 74.3-cü maddədən "və işçilərinin əmək haqqını" sözləri çıxarılsın.

 

II. Bu Qanun 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 sentyabr 2004-cü il

№ 725-IIQD

 

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU