"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq    q ə r a r a   a l ı r :
         
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 11, maddə 649; 2005, No– 4, maddə 278; 2007, No– 11, maddə 1053; 2008, No– 6, maddə 455) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin II hissəsinin 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

“6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);”.

2. 6-cı maddə üzrə:

2.1. I hissədə “şəxsdir” sözündən əvvəl “bir və ya bir neçə hüquqi və ya fiziki” sözləri əlavə edilsin;
2.2. III hissə ləğv edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 noyabr 2012-ci il
No– 460-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU