"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Notariat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 10, No– 6, maddə 414; 2001, No– 5, maddə 293, No– 11, maddə 687, No– 12, maddə 740; 2002, No– 5, maddə 241, No– 6, maddə 328, No– 12, maddə 706; 2004, No– 5, maddə 318; 2005, No– 4, maddə 281, No– 8, maddə 699, No– 10, maddə 903, No– 11, maddə 993; 2007, No– 1, maddə 4, No– 2, maddə 69, No– 8, maddə 745, No– 11, maddələr 1053, 1075; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 1, maddə 5, No– 7, maddə 517, No– 11, maddə 878; 2010, No– 7, maddə 597, No– 11, maddə 938; 2011, No– 4, maddə 258, No– 12, maddə 1098) 49-cu maddəsində  aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci hissədə “istənilən” sözündən sonra “(nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla)” sözləri əlavə edilsin.
2. Üçüncü-beşinci hissələr müvafiq olaraq dördüncü-altıncı hissələr hesab edilsin, aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.”.

         

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 oktyabr 2012-ci il
No– 433-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU