"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 3, maddə 208, No– 12, maddə 1019; 2007, No– 12, maddə 1194; 2008, No– 4, maddə 254, No– 6, maddə 464, No– 7, maddə 602, No– 8, maddələr 699, 710; 2009, No– 6, maddələr 395, 399, No– 11, maddələr 877, 879; 2010, No– 7, maddə 579; 2011, No– 4, maddə 267, No– 6, maddə 465, No– 7, maddə 597, No– 12, maddə 1109) 19.2.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci abzas çıxarılsın.
2. Beşinci abzasda “III qrup əlillərə” sözlərindən sonra “və əlil olmayan müharibə iştirakçılarına” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2012-ci il
No– 432-IVQD
Fayl şəklində yüklə

