"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199) aşağıdakı dəyişikliklər edilsin:
1. 57-ci maddənin altıncı abzasından "və işçilərin əmək haqqını", 66-cı maddənin altıncı abzasından, 74-cü maddənin altıncı abzasından və 83-cü maddənin altıncı abzasından ",işçilərinin əmək haqqını" sözləri çıxarılsın.
2. 106-cı maddənin birinci hissəsində:
ikinci abzas aşağıdakı redaksiyada verilsin:
"Ali Məhkəmənin sədrinə şərti maliyyə vahidinin 1300 misli həcmində;";
üçüncü abzasın əvvəlinə "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin," sözləri əlavə edilsin;
dördüncü abzas çıxarılsın;
altıncı abzasda "75 faizi" sözləri "60 faizi" sözləri ilə əvəz edilsin.
II. Bu Qanun 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2004-cü il
№ 726-IIQD

