"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Məhkəmə və hüquq mühafizə orqanları
işçilərinin dövlət müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanununu “Fövqəladə hallar orqanlarındaxidmətkeçməhaqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 2, maddə 57; 2001, No– 11, maddə 683, No– 12, maddə 736; 2007, No– 7, maddə 712; 2008, No– 8, maddə 695; 2009, No– 12, maddə 966; 2011, No– 6, maddə 475; 2012, No– 6, maddə 520) 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində “idarəetməni həyata keçirən,” sözlərindən sonra “fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təmin edən,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2012-ci il
No– 431-IVQD
Fayl şəklində yüklə

