"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında
“Gömrük orqanlarında xidmət haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”ni “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 12; 2001, No– 12, maddələr 731, 736; 2004, No– 2, maddə 57; 2005, No– 4, maddə 274, No– 7, maddə 590; 2006, No– 11, maddə 926; 2007, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddə 1078; 2008, No– 3, maddə 155, No– 8, maddələr 694, 696; 2009, No– 6, maddələr 399, 406; 2010, No– 2, maddə 75, No– 3, maddə 171, No– 4, maddə 273; No– 7, maddə 599; 2011, No– 2, maddə 71) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 58-ci maddəsinin birinci və ikinci hissələrində “hüquq mühafizə” sözlərindən sonra “, o cümlədən fövqəladə hallar” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2012-ci il
No– 429-IVQD
Fayl şəklində yüklə

