"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu “Fövqəladə hallar orqanlarındaxidmətkeçməhaqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 7, maddə 586; 2007, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008, No– 3, maddə 155, No– 6, maddə 481, No– 8, maddələr 694, 710; 2009, No– 6, maddə 399, No– 11, maddə 878; 2010, No– 3, maddə 171, No– 4, maddə 273, No– 11, maddə 944; 2011, No– 2, maddələr 71, 72) aşağıdakı dəyişikliklər edilsin:
1. 18.5-ci maddənin birinci cümləsində “və ya hərbi orqanlarına” sözləri “, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara” sözləri ilə əvəz edilsin.
2. 21.13-cü maddədə “hüquq mühafizə,” sözlərindən sonra “o cümlədən fövqəladə hallar,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2012-ci il
No– 428-IVQD
Fayl şəklində yüklə

