"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədə
“Azərbaycan Respublikası Milli Məclisinin
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası
Milli Məclisinin Qərarına dəyişikliklər
və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:
“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Qərarın 16 – 60-cı bəndləri 17 – 61-ci bəndlər, 61 – 74-cü bəndləri 63 – 76-cı bəndlər, 75 – 76-cı bəndləri 78 – 79-cu bəndlər hesab edilsin.
2. Qərara aşağıdakı məzmunda 16-cı, 62-ci və 77-ci bəndlər əlavə edilsin:
16. Azərbaycan - Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu:
Babayev Muxtar Bahadur oğlu
62. Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupu:
Salayev Hacı Hacı Baba oğlu
77. Azərbaycan – Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu:
Feyziyev Cavanşir Əyyub oğlu
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 1 oktyabr 2012-ci il
No– 421-IVQR
Fayl şəklində yüklə