Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsini “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 4, I kitab, maddə 250, No– 5, maddə 323; 2002, No– 12, maddə 709; 2003, No– 8, maddə 420; 2004, No– 3, maddə 123, No– 5, maddə 318, No– 6, maddə 415, No– 10, maddə 761, No– 11, maddə 901; 2005, No– 2, maddə 61, No– 6, maddə 466, No– 8, maddələr 684, 692, 693, No– 11, maddə 996, No– 12, maddə 1085; 2006, No– 2, maddə 68, No– 3, maddə 225, No– 5, maddə 387, No– 6, maddə 478, No– 8, maddə 657, No– 12, maddə 1005; 2007, No– 2, maddə 80, No– 6, maddə 560, No– 8, maddə 745, No– 10, maddə 937, No– 11, maddə 1053, No– 12, maddələr 1215, 1219; 2008, No– 3, maddə 145, No– 6, maddə 456, No– 7, maddə 602, No– 12, maddə 1049; 2009, No– 2, maddə 47, No– 5, maddə 295, No– 6, maddə 404, No– 7, maddə 517; 2010, No– 2, maddə 75, No– 3, maddə 171, No– 4, maddələr 265, 266, 276; 2011, No– 2, maddə 71, No– 7, maddə 586, No– 8, maddə 750, No– 12, maddələr 1073, 1102; 2012, No– 1, maddə 5, No– 5, maddə 403, No– 6, maddə 498) 51-ci maddəsində “orqanının” sözündən sonra “, siyasi partiyada rəhbər orqanlarının qərargahının” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2012-ci il
No– 496-IVQD
Fayl şəklində yüklə

