"Hərbi qulluq?uların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və

əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 10, maddə 263, № 13, maddə 491; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 10; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 246, № 6, maddə 328; 2004-cü il, № 4, maddə 202, № 5, maddə 312) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1) 12-ci maddənin a) bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilsin;

2) 16-cı maddədə:

a) birinci hissədə "Nazirlər Kabineti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;

b) aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

  İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 1 sentyabr 2004-cü il

№ 728-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU