"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq,  “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a  a l ı r:
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 226, No– 5, maddə 379; 2001, No– 11, maddələr 676, 683; 2004, No– 6, maddə 397; 2005, No– 1, maddə 5, No– 8, maddə 684; 2006, No– 11, maddə 922; 2007, No– 5, maddə 437, No– 11, maddə 1049; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 672) 9-cu maddəsinin ikinci hissəsində “rəmzi nişanlarından” sözləri “rəmzlərindən” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 dekabr 2012-ci il
No– 498-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU