"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a  a l ı r:
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 2, maddə 76; 2007, No– 10, maddə 933; 2008, No– 6, maddələr 464, 475) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.0.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.1.11-ci maddə əlavə edilsin:
“4.0.1.11. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinəti.”.
2. 6.2-ci maddədə “və” sözü “,” işarəsi ilə əvəz edilsin, “müavinətlər” sözündən sonra “və işsizlik müavinəti” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 7.0.10-1-ci maddə əlavə edilsin:
“7.0.10-1. işsizlik müavinəti - şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda;”.
4. 7.0.13-cü maddədə “4.0.1.5-ci” sözlərindən sonra “və 4.0.1.11-ci” sözləri əlavə edilsin.
5. 8-ci maddədə:
5.1. maddənin mətnində “Müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin;
5.2. maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşsizlik müavinətinin məbləği “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”.
6. 9.1-ci maddədə “aylıq müavinətlər” sözlərindən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.
7. Aşağıdakı məzmunda 9.4-cü maddə əlavə edilsin:
“9.4. İşsizlik müavinətinin ödənilməsi müddəti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
8. 10.1-ci maddədə:
8.1.  “Müavinətlər” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin;
8.2. maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşsizlik müavinətinin təyin edilməsi və ödənilməsi qaydası “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”. 
9. 11.1-ci maddədə “Müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 11.3-cü maddə əlavə edilsin:
“11.3. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması və ya ona xitam verilməsi halları “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
11. 12.1-ci maddədə “müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.
12. 12.2-ci maddənin birinci cümləsində “Müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 dekabr 2012-ci il
No– 502-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU