"Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Sazişin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Hökuməti və
Türkiyə Respublikasının Hökuməti arasında
təbii qazın Türkiyə Respublikasına satışı
və Azərbaycan Respublikasından gələn təbii
qazın Türkiyə Respublikasının ərazisi
vasitəsi ilə tranziti haqqında və təbii
qazın Türkiyə Respublikasının ərazisindən
nəql edilməsi üçün müstəqil boru kəmərinin
inşasına dair” Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2012-ci il
No– 463-IVQ
Fayl şəklində yüklə

