"Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında
Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan
vətəndaşları və   İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada
gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun
ləğv edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini və 95-ci maddəsinin     I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2006, No– 3, maddə 215) ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 dekabr 2012-ci il
No– 490-IVQ

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU