"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında"Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında
sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası
vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında”Memorandumun
təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli
879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2005, No– 4, maddə 288) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2012-ci il
No– 489-IVQ
Fayl şəklində yüklə

