"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası
Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi
əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
2012-ci il iyulun 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı” təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2012-ci il
No– 468-IVQ
Fayl şəklində yüklə

