"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında" Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında" Protokolun təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında“
Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin
nizamlanması haqqında” Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan – Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış Protokol təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2012-ci il
No– 480-IVQ
Fayl şəklində yüklə

