"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan RespublikasıQanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No–6, maddə396) 17.10-cu maddəsinin birinci cümləsindən “və sərbəst anbarlar” sözləri, ikinci cümləsindən “və sərbəst anbarların” sözləri çıxarılsın.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  28 dekabr 2012-ci il
No– 528-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU