Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Qəbələ rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının Qəbələ rayonunun Soltannuxa kənd inzibati ərazi dairəsi tərkibindəki Soltannuxa kəndinin ərazisindən 144,97 ha (bundan dövlət mülkiyyətində olan 22,70 ha, bələdiyyə mülkiyyətində olan 112,39 ha və xüsusi mülkiyyətdə olan 9,88 ha) və Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qəbələ şəhərinin inzibati ərazisinə verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2012-ci il
No– 472-IVQ
Fayl şəklində yüklə

