"Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında" Sazişin təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı
və akvakultura sahəsində Regional Komissiya haqqında”
Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” 2012-ci il martın 19-da imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatları ilə (qeyd-şərtin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 noyabr 2012-ci il
No– 453-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU