Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, III kitab, maddə 586, No– 12, maddə 835; 2001, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddələr 237, 240, 244, No– 8, maddə 463; 2004, No– 6, maddə 399; 2005, No– 4, maddə 278; 2006, No– 11, maddə 929; 2007, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddələr 1197, 1218; 2008, No– 6, maddə 462, No– 7, maddələr 602, 607; 2010, No– 3, maddə 171, No– 4, maddə 275, No– 7, maddə 591; 2011, No– 2, maddələr 70, 71, No– 6, maddə 473, No– 7, maddə 600, No– 12, maddə 1107; 2012, No– 5, maddə 406) 3.3-cü maddəsində “işgəncələrə, digər qeyri-insani hərəkətlərə və şəxsiyyətin” sözləri “işgəncə və ya digər qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2012-ci il
No– 456-IVQD
Fayl şəklində yüklə

