Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati
ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq  q ə r a r a   a l ı r :

Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Naxçıvan şəhəri ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

Qeyd: Bu Qanunda göstərilən sahə inzibati ərazi dairələri həmin şəhər inzibati ərazi vahidində fəaliyyət göstərən şəhər icra hakimiyyətinin müvafiq şəhərlə yanaşı digər ərazi vahidlərində də idarəetməni həyata keçirdiyi nəzərə alınmaqla yaradılır.

             
                   
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 noyabr 2012-ci il
No– 459-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU