"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 114; 2003, No– 6, maddə 277; 2004, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973; 2007, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008, No– 6, maddə 462,   No– 7, maddə 602; 2009, No– 12, maddə 952; 2010, No– 2, maddə 75, No– 7, maddə 591; 2011, No– 6, maddə 482, No– 7, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

1. 87-ci maddənin adında “hərəkətlərindən” sözündən sonra “(hərəkətsizliyindən)” sözü əlavə edilsin.

2. 87.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. İcra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.”.

3. 87.2-ci maddə ləğv edilsin.

4. 87.3-cü maddədə “(və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina

edilməsi)” sözləri çıxarılsın və “87.1-ci və 87.2-ci maddələrində” sözləri “87.1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 oktyabr 2012-ci il
No– 444-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU