Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 4, maddə 213; 2001, No– 3, maddə 143, No– 6, maddə 362, No– 11, maddələr 672,679, No– 12, maddə 731; 2002, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003, No– 1, maddələr 9,23; 2004, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No– 11, maddə 1001, No– 12, maddə 1094; 2006, No– 3, maddələr 220,222, No– 5, maddə 385, No– 11, maddə 923, No– 12, maddələr 1004, 1025, 1030; 2007, No– 5, maddələr 401, 437, No– 6, maddə 560, No– 8, maddə 756, No– 11, maddələr  1049, 1053; 2008, No– 3, maddə 156, No– 7, maddələr 600, 602, No– 10, maddə 887, No– 11, maddə 960; 2009, No– 2, maddə 48, No–5, maddə 294, No– 6, maddə 399, No– 12, maddələr 949, 969; 2010, No–2, maddələr 70,75, No– 4, maddə 275; 2011, No– 1, maddə 11, No– 2, maddələr 70,71, No– 6, maddə 464, No– 7, maddə 598) aşağıdakı dəyişikliklər edilsin:

1. 16-cı maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:
“Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol  verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.”; 
 
2. 79-cu maddənin 1-ci hissəsinin dördüncü bəndində “şəkərli diabetlə” sözlərindən sonra “və ya dağınıq sklerozla” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 oktyabr 2012-ci il 
No– 446-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU