Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli
336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 7, maddə 388; 2006, No– 1, maddə 3, No– 2, maddə 75; 2007, No– 6, maddə 560; 2008, No– 6, maddə 462) ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 6-cı maddəsinin birinci hissəsinin 5-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda 6-9-cu bəndlər əlavə edilsin:
“6) Komissiyanın qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;
7) uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələrini qiymətləndirmək;
8) uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı və həmin hesabat barədə Komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
9) uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti sahəsində normativ hüquqi aktlara uyğun olaraq, uşaq müəssisələrində monitorinqlər keçirmək.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2012-ci il
No– 450-IVQD
Fayl şəklində yüklə

