"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş
“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 689; 2001, No– 11, maddə 677; 2002, No– 5, maddə 237; 2003, No– 6, maddə 273, No– 8, maddə 419; 2004, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005, No– 4, maddə 283, No– 10, maddə 884; 2007, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009, No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963; 2010, No– 7, maddə 605, No– 11, maddələr 942, 943, 961; 2011, No– 3, maddə 166, No– 7, maddə 613; 2012, No– 2, maddə 54, No– 3, maddə 192, No– 6, maddə 525; Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 413-IVQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Tovuz rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. 52.5-ci sırada “Aşağı Ayıblı” sözləri hər iki halda “Əyyublu” sözü ilə əvəz edilsin;
2. 52.8-ci sırada “Qazqulu” sözü hər iki halda “Qazıqulu” sözü ilə əvəz edilsin;
3. 52.9-cu sırada “Azaplı” sözü hər iki halda “Azaflı” sözü ilə əvəz edilsin;
4. 52.23-cü sırada “Girzan” sözü hər iki halda “Hunanlar” sözü ilə əvəz edilsin;
5. 52.35-ci sırada “Oskən” sözü “Öskən” sözü ilə əvəz edilsin;
6. 52.36-cı sırada “Qovlar qəsəbəsi” sözləri “Qovlar şəhəri” sözləri ilə əvəz edilsin;
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2012-ci il
No– 451-IVQD
Fayl şəklində yüklə

