"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin
dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 11 dekabr tarixli 586-İQ nömrəli Qanununu “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 212-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 2, maddə 57; 2001, No– 11, maddə 683, No– 12, maddə 736; 2007, No– 7, maddə 712; 2008, No– 8, maddə 695; 2009, No– 12, maddə 966; 2011, No– 6, maddə 475) 12-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində “prokurorlar” sözü “prokurorluq işçiləri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
No– 359-IVQD
Fayl şəklində yüklə

