"Dövlət qulluq?ularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Dövlət qullu?u haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884) aşağıdakı dəyişikliklər edilsin;
1. 22.7-ci maddədə "hər iki ildən bir" sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin;
2. 23.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır."
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2005-ci il
№ 886-IIQD

