"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 1, maddə 8, No– 8, maddə 686; 2006, No– 1, maddə 4; 2007, No– 4, maddə 321; 2010, No– 7, maddə 596; 2011, No– 2, maddə 71, No– 6, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə “təşkilinin” sözündən sonra “və hakimlərin müstəqilliyinin” sözləri əlavə edilsin.

2. 13.1-ci maddədə “, bir qayda olaraq, üç ildə bir dəfə” sözləri “beş ildə bir dəfədən az olmayaraq” sözləri ilə əvəz edilsin.

3.14.5-ci maddədə:
3.1. birinci cümlədə “qərarlarından” sözü “qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində” sözləri ilə əvəz edilsin;
3.2. ikinci cümlədə “10 gün müddətində” sözləri “1 ay müddətində Məhkəmə-Hüquq Şurasının iclasında” sözləri ilə əvəz edilsin.

4. 19.4-cü maddədə “iki” sözü “üç” sözü ilə əvəz edilsin.

5. 21.1-ci maddənin ikinci cümləsində “bilmədikdə” sözündən sonra “və ya icraat üzrə əlavə araşdırma tələb olunduqda” sözləri əlavə edilsin.

6. 26.1-ci maddənin ikinci cümləsində “iki il altı aydır” sözləri “beş ildir” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 dekabr 2012-ci il
No– 521-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU