"Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə
“Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikası 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında”Sazişə Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il
No– 517-IVQ
Fayl şəklində yüklə

