"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddələr 453, 494; 1998-ci il, № 1, maddə 10; 1999-cu il № 5, maddə 284; 2000-ci il, № 6, maddə 379; 2001-ci il, № 2, maddə 88, № 3, maddə 145, № 6, maddə 363, № 12 maddə 736; 2002-ci il, №5, maddə 246, № 6, maddə 328, № 8, maddələr 463, 464; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 60, № 3, maddə 133, № 6, maddə 397, № 8, maddələr 596, 598) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1.17-ci maddənin yeddinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.".
2. Qanuna aşağıdakı məzmunda 47-1-ci maddə əlavə edilsin:
"Maddə 47-1. Azərbaycan Respublikası Milli Məclisinin
vəfat etmiş deputatının ailə üzvlərinin
pensiya təminatı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyəti müddətində vəfat etdikdə onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları həmin deputatın orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alırlar.
Pensiyaya çıxmış Azərbaycan Respublikası Milli Məclisinin deputatı vəfat etdikdə onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları onun pensiyasını alırlar.
Bu maddədə nəzərdə tutulan pensiyanın məbləği deputatın ailə üzvləri arasında bərabər bölünür.".
3. 72-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin, üçüncü hissə dördüncü hissə hesab edilsin:
"Azərbaycan Respublikası Milli Məclisi deputatının orta aylıq əmək haqqı onun son on iki ay ərzində Azərbaycan Respublikasının Milli Məclisindən aldığı vəzifə maaşının, müavinətlərin və vergi tutulan başqa əlavə ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir.".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2005-ci il

