Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinəvə 96-cı maddəsinə, bu Qanunun Keçid müddəalarının 7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 2013-cü il yanvarın 2-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəfərov İlham Məmməd oğlu,
Əliyev İslam Əli oğlu.
2. Bu qərar 2013-cü il yanvarın 2-dən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 21 dekabr 2012-ci il
No– 503-IVQR
Fayl şəklində yüklə