Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 412-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 584, No– 12, maddə 835; 2001, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006, No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No– 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, No– 2, maddə 47, No– 3, maddələr 146, 152, 159, No– 4, maddə 249, No– 5, maddə 340, No– 6, maddələr 454, 460, 461, 464, No– 7, maddələr 601, 602, 605, No– 8, maddələr 699, 701, 711, No– 10, maddələr 884, 885, No– 11, maddələr 956, 957, No– 12, maddələr 1045, 1047, 1049; 2009, No– 2, maddələr 36, 45, 49, 52, 53, No– 5, maddələr 309, 315, No– 6, maddələr 404, 405, No– 7, maddələr 517, 518, 519, No– 8, maddə 611, No– 12, maddələr 953, 954, 966, 971; 2010, No– 2, maddələr 70, 71, No– 3, maddələr 167, 171, 178, No– 4, maddələr 275, 276, No– 5, maddələr 379, 380, No– 6, maddə 483, No– 7, maddələr 577, 591, 594, 595, 598, 600, No– 10, maddə 838, No– 11, maddələr 936, 938, 949, No– 12, maddə 1059; 2011, No– 2, maddələr 70, 71, No– 3, maddələr 162, 164, 167, 168, 170, No– 4, maddələr 246, 254, No– 6, maddələr 470, 479, 487, No– 7, maddələr 596, 614,  No– 10, maddə 881, No– 11, maddə 981, No– 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, No– 1, maddə 3, No– 2, maddə 50, No– 3, maddə 194, No– 4, maddə 271, No– 5, maddə 404, No– 6, maddə 499, No– 7, maddələr 649, 665, 667, No– 9 maddə 843; Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 436-IVQD nömrəli, 16 oktyabr tarixli 439-IVQD, 447-IVQD nömrəli, 2 noyabr tarixli 457-IVQD və 462-IVQD nömrəli qanunları) 53-5-ci maddəsinin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə -”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2012-ci il
No– 539-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU