Azərbaycan Respublikasının Dövlət Qulluğunu Idarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2005-ci il

No– 906-IIQ

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya (bundan sonra "Komissiya" adlanacaq) "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
3. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
4. Komissiya öz fəaliyyətini qanunvericilik, icra məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə mütəmadi olaraq onları məlumatlandırır.

II. Komissiyanın əsas vəzifələri

5. Komissiyanın həyata keçirdiyi əsas vəzifələr aşağıdakılardır:
5.1. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının digər qurumların fəaliyyətini əlaqələndirmək;
5.2. korrupsiyaya qarşı mübarizənin vəziyyətini səmərəliliyini təhlil etmək;
5.3. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti həyata keçirmək;
5.4. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək;
5.5. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatarın təqdim edilməsinə nəzarəti həyata keçirmək;
5.6. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək müvafiq dövlət orqanlarına təkliflər vermək;
5.7. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları digər qurumlarla əməkdaşlıq etmək.
6. Komissiya qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.

III. Komissiyanın əsas hüquqları

7. Öz vəzifələrini yerinə yetirmək məqsədi ilə Komissiya aşağıdakı hüquqları həyata keçirir:
7.1. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyətini öyrənir ümumiləşdirir, bu barədə hüquq mühafizə digər dövlət orqanlarının rəhbərlərinin məlumatlarını hesabatlarını dinləyir;
7.2. dövlət yerli özünüidarə orqanlarından zəruri məlumatları materialları alır;
7.3. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanlarından məlumatları alır görülən işlərin vəziyyətini təhlil edir;
7.4. korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif tövsiyyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;
7.5. korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;
7.6. qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq edir zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb edir;
7.7. korrupsiyaya qarşı mübarizənin təşkili səmərəliliyinin artırılması üçün beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
7.8. daxil olmuş materiallarda korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;
7.9. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
8. Komissiya qanunvericiliyə müvafiq olaraq digər hüquqları həyata keçirir.

IV. Komissiyanın fəaliyyətinin təşkili

9. Komissiyanın fəaliyyətinə rəhbərliyi işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
10. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Zərurət olduqda, bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada Komissiyanın növbədənkənar iclasları çağırıla bilər. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiyanın sədri həlledici səsə malikdir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.
11. Komissiyanın iclaslarına digər şəxslər dəvət oluna bilərlər.
12. Komissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.
13. Komissiya özünün Reqlamentini təsdiq edir.
14. Komissiya Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş xidməti blanka malikdir.
15. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin rəhbəri üzvləri Komissiya tərəfindən müəyyən edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.
16. Katiblik dövlət orqanıdır Katibliyin işçiləri dövlət qulluqçularıdır.
17. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
18. Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir.
19. Komissiya fəaliyyəti haqqında illik məruzə tərtib edir onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edir.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU