"Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci və 25-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 1, maddə 15; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 199; 2007, No– 6, maddə 560, No– 11, maddə 1078) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin birinci hissəsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“5) qanunla müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirir;”.
2. 5-ci maddənin birinci hissəsinin 7-ci bəndində “müddətini” sözündən sonra “gömrük idarələri (postları),” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2012-ci il
No– 530-IVQD
Fayl şəklində yüklə

