"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 414; 2004, No– 7, maddə 505; 2006, No– 2, maddə 64; 2009, No– 12, 951; 2012, No– 7, maddə 644) 27-ci maddəsinin 8-ci hissəsinin ikinci abzasında “müəyyənləşdirilmiş rüsumu ödəmək şərtilə” sözləri “müəyyən edilmiş haqqı ödəmək şərti ilə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2013-cü il
No– 555-IVQD
Fayl şəklində yüklə

