"Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:

1. 34-cü maddənin 2-ci bəndinin "b (ii)" yarımbəndində "Azərbaycan Respublikasının qanunvericiliyinə" sözləri "Azərbaycan Respublikasının Konstitusiyasına" sözləri ilə əvəz edilsin;
2. 36-cı maddənin 1-ci bəndinin "b (ii)" yarımbəndində "Azərbaycan Respublikasının qanunvericiliyinə" sözləri "Azərbaycan Respublikasının Konstitusiyasına" sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2005-ci il

No– 915-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU