"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–12, maddə 740; 2002, No–12, maddə 706; 2003, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddələr 676, 698; 2005, No–1, maddə 1, No–6, maddə 462, No–8, maddə 684, No–10, maddələr 873, 905, No–12, maddə 1083; 2006, No–3, maddələr 223, 225, No–6, maddə 481, No–12, maddələr 1015, 1029; 2007, No–2, maddə 80, No–12, maddə 1203; 2008, No–3, maddə 158, No–6, maddə 462, No–7, maddə 602, No–12, maddə 1047; 2009, No–1, maddə 5, No–2, maddə 56, No–3, maddə 160, No–7, maddə 519, No–12, maddə 947; 2010, No–4, maddə 276, No–6, maddə 485, No–10, maddə 840, No–11, maddə 939; 2011, No–1, maddə 12, No–4, maddələr 245, 264, No–11, maddə 985, No–12, maddə 1100; 2012, No–1, maddə 4, No–6, maddələr 508, 518, No–7, maddə 646; Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 434-IVQD nömrəli Qanunu)aşağıdakı dəyişikliklər edilsin:
1. 28.1-ci maddədə “Bayrağı altında üzmək hüququ (patent)” sözləri “Dövlətbayrağı altında üzmək hüququ” sözləri ilə əvəz edilsin.
2. aşağıdakı məzmunda 28.21-ci maddə əlavə edilsin:
“28.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi – 50 manat.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2013-cü il
No– 558-IVQD
Fayl şəklində yüklə

