Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət GəmiçiliyiMəcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–7, maddə 444; 2006, No–12, maddə 1029; 2007, No–5, maddə 442, No–6, maddə 562, No–8, maddə 756; 2009, No–12, maddə 948; 2010, No–3, maddə 171; 2012, No–7, maddə 643) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-1.1.1-ci maddədə “Bayrağı altında üzmək hüququ (patent)” sözlər “Dövlət bayrağı altında üzmək hüququ” sözləri ilə əvəz edilsin;

2. 15.2-ci maddədə “bayrağı altında” sözlərindən əvvəl “Dövlət” sözü əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 fevral 2013-cü il
No– 559-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU