Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
Azərbaycan Respublikasının Lerik
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Blaband kənd inzibati ərazi dairəsi tərkibindəki Xəlfəkücə kəndi Xəlifəkücə kəndi adlandırılsın.
Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Camanşəir kəndi Camaşəir kəndi, Kürdəsər kəndi Gürdəsər kəndi adlandırılsın.
Kələxan kənd inzibati ərazi dairəsi tərkibindəki Gövdərə kəndi Göydərə kəndi adlandırılsın.
Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Çoqara kəndi Çökərə kəndi, Qosmalyan kəndi Qosmalıan kəndi adlandırılsın, Qosmalyan kənd inzibati ərazi dairəsi Qosmalıan kənd inzibati ərazi dairəsi adlandırılsın.
Mistan kənd inzibati ərazi dairəsi tərkibindəki Xəlfəlikənd Xəlifəkənd adlandırılsın.
Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bilnə kəndi Bilnə kəndi adlandırılsın.
Nüravud kənd inzibati ərazi dairəsi tərkibindəki Nüravud kəndi Nuravud kəndi adlandırılsın, Nüravud kənd inzibati ərazi dairəsi Nuravud kənd inzibati ərazi dairəsi adlandırılsın.
Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi, Osyedərə kəndi Osyodərə kəndi adlandırılsın, Osyedərə kənd inzibati ərazi dairəsi Osyodərə kənd inzibati ərazi dairəsi adlandırılsın.
Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Coni kəndi Conu kəndi, Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılsın, Tülüconi kənd inzibati ərazi dairəsi Tülüconu kənd inzibati ərazi dairəsi adlandırılsın.
Veri kəndi inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi Veri Əliabadı kəndi adlandırılsın.
Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılsın.
Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Bradi kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 29 mart 2005-ci il
№ 871-IIQ

