"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı”nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq   q ə r a r a   a l ı r :

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 689; 2001, No– 11, maddə 677; 2002, No– 5, maddə 237; 2003, No– 6, maddə 273, No– 8, maddə 419; 2004, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005, No– 4, maddə 283, No– 10, maddə 884; 2007, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009,     No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963; 2010, No– 7, maddə 605, No– 11, maddələr 942, 943, 961; 2011, No– 3, maddə 166, No– 7, maddə 613; 2012, No– 2, maddə 54, No– 3, maddə 192, No– 6, maddə 525, No– 9, maddə 840, No– 11, maddə 1059) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Xəzər rayonu” bölməsi üzrə:
1.1. 1.2.3-cü sıra çıxarılsın;
1.2. 1.2.4-cü sırada “Gürgən-Pirallahı” və “Gürgən və Pirallahı” sözləri “Gürgən” sözü ilə əvəz edilsin.

2. Siyahıya aşağıdakı məzmunda “Pirallahı rayonu” bölməsi əlavə edilsin:
1.12 Pirallahı rayonu
1.12.1 Pirallahı bələdiyyəsi Pirallahı qəsəbəsi
1.12.2 Çilov-Neft Daşları bələdiyyəsi Çilov və Neft Daşları qəsəbələri

3. “Ağdaş rayonu” bölməsinin 10.29-cu sırasında “Məşəd bələdiyyəsi” sözləri “Gürcüva bələdiyyəsi” sözləri ilə əvəz edilsin və həmin sıradan “, Məşəd” sözü çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2013-cü il
No– 589-IVQD
            

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU