"Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportları nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli Qərarının ləğv edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş,
xidməti və diplomatik pasportları nümunələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli
Qərarının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alır:
“Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportları nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, No– 11-12, maddə 205) 2013-cü il sentyabrın 1-dən ləğv edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 619-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU