Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ni “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a a l ı r :
Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 11, maddə 687; 2004, No– 7, maddə 505; 2006, No– 3, maddə 223; 2010, No– 11, maddə 936) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 38-ci maddəsindən “, onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək” sözləri çıxarılsın.
Maddə 2. Bu Qanun 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 615-IVQD
Fayl şəklində yüklə

