Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsinə uyğun olaraq  q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, No– 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 8, maddə 463; 2005, No– 2, maddə 61; 2006, No– 3, maddə 225; 2010, No– 4, maddə 276) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”nin 4-cü maddəsinin “ğ” bəndi aşağıdakı redaksiyada verilsin:

“ğ) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda;”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 614-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU