"Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; Azərbaycan Respublikasının 2004-cü il 14 dekabr tarixli 813-IIQD, 814-IIQD nömrəli, 24 dekabr tarixli 815-IIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 50-ci maddənin Qeyd hissəsində "və 50-2" sözləri " , 50-2-ci və 50-3-cü" sözləri ilə əvəz edilsin.
2. Məcəlləyə aşağıdakı məzmunda 50-3-cü maddə əlavə edilsin:
"Maddə 50-3. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi
Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu az miqdarda ziyan vurduqda -
məlumat toplusunun kontrafakt nüsxələri, həmçinin kontrafakt nüsxələrin surətçıxarılması üçün istifadə edilmiş material və avadanlıqlar, eləcə də hüquq pozuntularına səbəb olan digər alətlər müsadirə edilməklə, fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.".
3. 360.1-ci maddədə "39-50-2" rəqəmləri "39-50-3" rəqəmləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900, Azərbaycan Respublikasının 2004-cü il 7 dekabr tarixli 801-IIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 165-3-cü maddə əlavə edilsin:
"Maddə 165-3. Məlumat toplularından qeyri-qanuni istifadə
165-3.1. Məlumat toplularından qeyri-qanuni istifadə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa -
əmlakı müsadirə olunmaqla, şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlərlə cəzalandırılır.
165-3.2. Eyni əməllər:
165-3.2.1. təkrar törədildikdə;
165-3.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla, şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd. Bu maddədə "xeyli miqdar" dedikdə, şərti maliyyə vahidinin min mislindən artıq olan məbləğ başa düşülür.
III. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; № 11, maddə 890, Azərbaycan Respublikasının 2004-cü il 14 dekabr tarixli 812-IIQD nömrəli Qanunu) 215.3.1-ci maddəsində "165-2," rəqəmindən sonra "165-3," rəqəmi əlavə edilsin.
IV. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740; 2002-ci il, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; Azərbaycan Respublikasının 2004-cü il 3 dekabr tarixli 793-IIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 18.65-ci maddə əlavə edilsin:
"18.65. Məlumat topluları sahəsində:
18.65.1. xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün:
18.65.1.1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri üçün - şərti maliyyə vahidinin 5,0 misli;
18.65.1.2. xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün - 20 ABŞ dolları;
18.65.2. xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün:
18.65.2.1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri üçün - şərti maliyyə vahidinin 6,0 misli;
18.65.2.2. xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün - 40 ABŞ dolları.".
5. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2005-ci il

