Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında" Sazişin təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Hökuməti və
Çin Xalq Respublikası Hökuməti arasında
Azərbaycan Respublikasının Çindəki Səfirliyinin
binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında”
Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında” 2013-cü il martın 1-də Pekin şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 608-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU