"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və
Serbiya Respublikası Hökuməti arasında
baytarlıq sahəsində əməkdaşlıq haqqında”
Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” 2013-ci il fevralın 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 602-IVQ
Fayl şəklində yüklə

